Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda Yel çərşənbəsi qeyd olunub

11.03.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə rayonun Mədəniyyət və İstirahət parkında Novruzun üçüncü müjdəçisi olan Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Dədə Qorqud və Bahar qızın qonaqları salamlaması ilə başlayan tədbirdə iştirakçılar öncə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsm işlərindən ibarət sərgi ilə tanış olub və mədəniyyət müəssisələrinin hazırladıqları tarixi və Novruz adət-ənənələrimizə aid guşələrə, Beyləqan rayon Gənclər İdman Sektorunun idmançılarının çıxışlarına baxış keçirib.

Tədbirin bədii hissəsində Beyləqan rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının, mərkəzin Türklər qəsəbə Folklor klubunun “Yaylalar” rəqs qrupunun və Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin hazırladığı rəngarəng rəqslər və şən musiqilər təqdim olunub.