Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə “Yel - nəfəs, ruh, yaradılış “ adlı tədbir keçirilib

11.03.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Mədəniyyət Mərkəzinin qarşısındakı parkda “Yel - nəfəs, ruh, yaradılış” adlı bayram tədbiri təşkil olunub.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, YAP İmişli rayon təşkilatının sədri, rayon üzrə Milli Məclisin deputatı, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə bayramın ədət-ənənələrini özündə əks etdirən sərgiyə baxış keçirilib, daha sonra tədbirin rəsmi hissəsində çıxış edənlər bayram münasibətilə rayon sakinlərini təbrik ediblər.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin təqdimatında bayrama həsr olunmuş səhnəciklər, folklor nümunələri nümayiş etdirilib, bayram ab-havasını özündə əks etdirən rəqs nümunələri, musiqi nömrələri ifa olunub.