Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda “Cənnət və Cəhənnəm” tamaşası təqdim olunub

06.03.2025

5 mart 2025-ci il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində Ağdam Dövlət Dram Teatrının 2 hissəli “Cənnət və Cəhənnəm” komediyası nümayiş olunub.

Tamaşada Rayon İcra Hakimiyyətinin başçısı, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının sədri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Real və mistik aləmdə baş verən hadisələrin məzəli əhvalatlarını özündə təcəssüm etdirən komediya tamaşaçılar tərəfindən çoşqu ilə qarşılanıb və onlarda unudulmaz təəssürat yaradıb.