26.02.2025
Beyləqanda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, Beyləqan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü münasibəti ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilib.
Tədbirdə Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, rayon Gənclər və İdman sektorunun əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagirdlər kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edənlər Xocalı faciəsində Azərbaycan xalqının başına gətirilən müsibətlər,
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət haqqında ətraflı bəhs ediblər.