Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

26.02.2025

İmişlidə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli şəhər Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə məktəbdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı bizim qan yaddaşımız" adlı tədbir keçirilib. 

Tədbirdə Uşaq İncəsənət Məktəbinin rəhbərliyi və müəllim kollektivi, məktəbin şagirdləri və valideyinlər iştirak ediblər. 

Tədbirin rəsmi hissəsində çıxış edənlər Xocalı Soyqırımının xalqımıza qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu bildirərək, bu faciəni əsrin bəlası adlandırıblar.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərindən ibarət xor kollektivinin ifasında “Xocalıya ədalət” mahnısı ifa olunub, şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda məktəbin rəsm şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.