Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

26.02.2025

Saatlıda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

Mil-Muğan Regional Mədəniyyət tabeliyində fəaliyyət göstərən Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin və Saatlı rayon "Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı rayon Gənclər Mərkəzində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr edilmiş "Tarixin silinməyən izi" adlı tədbir keçirilib. 

Tədbirdə Uşaq Musiqi məktəbinin müəllim kollektivi və şagirdləri, Saatlı rayon "Gənclər evi" sosial xidmət müəssisəsinin əməkdaşları və rayon gəncləri iştirak ediblər. 

Tədbirin rəsmi hissəsində iştirakçılara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib. 

Tədbirin bədii hissəsində məktəbin xor kollektivi tərəfindən "Mən şəhid oldum ana" mahnısı ifa olunub, şagirdlərin ifasında müxtəlif şeirlər səsləndirilib, eyni zamanda məktəbin müəllimləri Xocalı faciəsinə həsr olunmuş müxtəlif kompozisiyalarla çıxış ediblər. 

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.