Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

26.02.2025

Sabirabadda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş  “Qanla yazılan tariximiz” adlı tədbir keçirilib. 

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon Təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbər heyəti və əməkdaşları, Sabirabad rayonunda yaşayan Xocalı sakinləri, rayonun fəal gəncləri və mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbirin rəsmi hissəsində çıxış edənlər Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verərək illər keçsə də bu faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırıblar.

Daha sonra tədbir iştirakçıları tərəfindən Xocalı faciəsinə həsr olunmuş kitablar,  fotoşəkillər və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib