Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hophopnamə” Kitab Mərkəzində ”Erudikon” adlı intellektual yarışın yeni oyunu keçirilib

15.02.2025

Sabirabad rayon Mərkəzi Kitabxanasının nəzdində fəaliyyət göstərən Sabirabad Kitab Klubu və "Hophopnamə" Kitab Mərkəzinin birgə təşkilatçılığı keçirilən yarışda həm Sabirabad rayonundan, həm də digər bölgələrdən bir çox komanda iştirak edib.

Oyun hər biri fərqli formatda olan 6 turdan ibarət olmaqla dinamik, əyləncəli və rəqabətlə keçib.

Yarışın final turunda "Forget" komandası qalib gələrək birinci yerə layiq görülüb. İlk 3 yerə çıxan komandalar müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.