Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə “Bir ocağın üç qəhrəman oğlu ” adlı tədbir keçirilib

05.02.2025

05 fevral 2025-ci il tarixində İmişli rayon İcra Hakimiyyəti və Mil–Muğan Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə II Vətən Müharibəsi şəhidi Bayramov Elnur Şəmsi oğlunun əziz xatirəsinə həsr olunmuş "Bir ocağın üç qəhrəman oğlu" adlı tədbir keçirilib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, rayonun hüquq, mühafizə orqanlarının əməkdaşları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək, dövlətimiz tərəfindən şəhidlərin adının əbədləşdirilməsi və şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiyalar və videoçarx nümayiş olunub, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.