20.12.2024
20 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Esmira Abbasovanın (Esmira Günəş) şəhidlərə həsr etdiyi “Sönməyən ulduzlar” kitabının təqdimatı keçirilib.
Saatlı rayon Dövlət Rəsm Qalereyasında keçirilən təqdimat mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid valideynləri, idarə və müəssisələrin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
Qeyd olunan kitabda Saatlı rayonunun Çolpı kəndindən olan şəhid Bayramov Cəlal Yaqub oğlu barədə də məlumat yer alıb.
Müəllif kitab haqqında ətraflı məlumat verdikdən sonra şəhidin valideynləri çıxış edərək müəllifə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonda məktəblilərin ifasında şeirlər səsləndirib, Saatlı şəhidlərinə həsr olunmuş sənədli film nümayiş olunub.