08.11.2024
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə tədbir keçirilib.
Sabirabad rayonunun mərkəzi meydanında təşkil olunan tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər heyəti və əməkdaşları, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülməklə başlayan tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edib.
Daha sonra tədbirin bədii hissəsində mədəniyyət nümayəndələrinin ifasında tarixi zəfərimizə həsr edilən rəngarəng musiqi proqramı, Sabirabad rayon Əhmədabad Xalq Folklor Kollektivi tərəfindən rəqs nömrələri nümayiş olunub.
Tədbirin sonunda bayram günü münasibətilə atəşfəşanlıq təşkil edilib.