04.11.2024
Saatlı rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il üçün İş Planı”nın icrası istiqamətində “Korrupsiyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, YAP Saatlı rayon təşkilatının sədr müavini və mədəniyyət işçiləri iştirak edib.
Çıxış edənlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə təcrübəsinin sistemli olmasından, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiyadan və fəaliyyət planlarından danışıblar. Azərbaycan cəmiyyətində korrupsiyaya qarşı yeni baxışlar və vəzifələrin müəyyən edildiyini qeyd ediblər.