04.11.2024
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il üçün İş Planı və illik planına uyğun olaraq İmişli rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov, müəssisə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər korrupsiya risklərinin qiymətləndirilməsi, qarşısının alınması ilə bağlı tədbirlər, insan kapitalının idarəolunması, korrupsiyaya qarşı mübarizənin səmərəli və keyfiyyətli olması üçün dövlət səviyyəsində tədbirlər görülməsi və mübarizə şəraiti haqqında geniş müzakirələr aparılıb.