Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muğanda Kino Günləri” Sabirabad rayonunda

24.10.2024

Məlum olduğu kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı 21 oktyabr tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan rayonlarda yerli filmlərin nümayişini həyata keçirir.

"Muğanda Kino Günləri" layihəsinin sonuncu nümayişi 24 oktyabr 2024-cü il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutub. Beləliklə, Mil-Muğan regionunda film nümayişləri uğurla yekunlaşıb.

Qeyd edək ki, tamaşaçıların ilk dəfə seyr etdiyi filmlərin əksəriyyəti Qarabağ müharibəsi mövzusundan bəhs edir.

Filmlərin nümayişində məqsəd son illərdə dövlət sifarişi ilə və müstəqil istehsal olunan Azərbaycan filmlərini regionlarda yaşayan tamaşaçılara çatdırmaqdır.

Nümayişin rəsmi hissəsində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova belə layihələrin regionlarda təşkilinin təqdirəlayiq addım olduğunu vurğulayıb, təşkilatçılara təşəkkür edib. Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi, prodüser və rejissor İntiqam Hacılı çıxış edərək filmlər haqqında məlumat verib.

Sonda tamaşaçılar filmlər haqqında fikirlərini bölüşüb, təkliflərini bildiriblər.

Nümayişdə aşağıdakı filmlər təqdim olunub:

1.“Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov

2.“Qırmızı” - qısametrajlı bədii film, rejissor Tahir Tahiroviç

3.“Tənha insanın monoloqu” - ortametrajlı bədii film, rejissor Emin Əfəndiyev

4.“Atam, anam, bir də mən” - qısametrajlı sənədli film, rejissor İntiqam Hacılı

5.”Evsiz qalmış ay” - qısametrajlı sənədli film, rejissor Atanur Nəbiyeva