Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə “Torpaq uğrunda ölən varsa...” adlı tədbir keçirilib

22.10.2024

Mil – Muğan Mədəniyyət İdarəsinin İmişli rayon üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə II Vətən Müharibəsi şəhidi Əhmədzadə Elməddin Uğur oğlunun əziz xatirəsinə həsr olunmuş “Torpaq uğrunda ölən varsa... ” adlı tədbir keçirilib.

Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, rayon hüquq, mühafizə orqanlarının əməkdaşları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət Mərkəzinin foyesindəki sərgiyə baxış keçirilməklə başlayan tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edərək, şəhidlərimizin əziz xatirəsinin daima uca tutulduğunu, onların adlarının əbədləşdirilməsi və sosial problemlərinin həll istiqamətində ardıcıl tədbirlərin keçirildiyini qeyd edib.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda şəhidin atası Əhmədzadə Uğur təşkil edilən tədbirə görə rayon rəhbərliyinə və mədəniyyət işçilərinə təşəkkür edib.