30.05.2024
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin müəllim və tələbə heyətinin ifasında Sabirabad rayon Mədəniyyət Mərkəzində "Ruhumuzun səsi" adlı konsert proqramı baş tutub.
Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert proqramında Kollecin xalq çalığı alətləri ansamblının müşayiətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri müəllim və şagird heyəti tərəfindən səsləndirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, ziyalılar iştirak edib.
Konsert proqramı tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.