28.05.2024
Bakı Dövlət Sirki “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Saatlı rayon Mədəniyyət Mərkəzində şou proqramla çıxış edib.
Sirkdə şən klounlar, illuziyaçı və akrobatlar müxtəlif nömrələrlə çıxış edib, əhilləşdirilmiş itlər, halqalarla rəqs edən göyərçinlərlə şou nümayiş olunub.
Şəhid övladlarının da iştirak etdiyi proqramda biri-birindən maraqlı, orijinal çıxışlar və nömrələr balacalarda xoş təəssürat yaradaraq onlarda unudulmaz anlar yaşadıb. Xüsusən də müxtəlif heyvanların bənzərsız çıxışları, toplarla nümayiş etdirilən şoular və uşaqların iştirakı ilə göstərilən səhnələr alqışlarla qarşılanıb.