Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə “Əbədi ömür” adlı tədbir keçirilib

08.05.2024

İmişli Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Vəliyev Tural İlham oğlunun əziz xatirəsinə həsr olunmuş “Əbədi ömür” adlı tədbir keçirilib.

Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, polkovnik-leytenant Tahir Məmmədov çıxış edib.

Eyni zamanda şəhidin valideyini I Qarabağ müharibəsi veteranı İlham Vəliyev övladı ilə qürur duyduğunu bildirərək onunla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Daha sonra mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya, şəhidlərə həsr olunmuş şeir və vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim edilib.

Sonda II Vətən müharibəsi şəhidi Vəliyev Tural İlham oğlunun keçdiyi çətin və şərəfli döyüş yolundan bəhs edən “Əbədi ömür” adlı sənədli film nümayiş olunub.