27.04.2024
Yazıçı, şair, publisist Aqşin Yenisey və şair, tərcüməçi, esseist Qismət Rüstəmov Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzində oxucuların qonağı olub.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İdarə rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.
Tədbirin moderatoru Ağalar Ağammədov yazarların həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.
Daha sonra qarşılıqlı söhbət şəklində davam edən görüşdə yazarlar Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyatın funksiyası, mütaliə və onun faydaları, mədəniyyət və sənət haqqında, həmçinin bir sıra bədii əsərlər barədə fikirlərini bölüşüblər.
Görüşdə oxucuların istəyi ilə hər iki yazar öz yaradıcılıqlarından müxtəlif şeirlər səsləndiriblər və eyni zamanda oxucuların suallarını cavablandırıblar.
Tədbirin sonunda yazarlar kitablarını imzalayaraq iştirakçılara təqdim ediblər və xatirə çəkdirilib.