13.03.2024
Sabirabad rayon Mədəniyyət Mərkəzində Salyan Dövlət Kukla Teatrının təqdimatında "Bahar sovqatı" adlı tamaşa nümayiş olunub.
Kosa, Keçəl və Bahar qızının, həmçinin Səmənini, Novruz bayramının çərşənbələrini özündə əks etdirən personajların iştirakı ilə nümayiş olunan tamaşa balacaların xüsusi marağına səbəb olub, izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzər Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, rəssam Gülay Abasova, musiqi tərtibatçısı Elvin İsayev, rejissor asistenti Aynur Ağalarovadır.