02.02.2024
“2 fevral – Azərbaycan Gəncləri Günü” ilə əlaqədar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 01 fevral 2024-cü il tarixində tədbir təşkil olunub.
Regionun fəal gənclərinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev gəncləri bayram münasibəti ilə təbrik ediblər, onlara uğurlar arzulayıblar.
Çıxışlardan sonra Mil-Muğan Regional Gənclər və İdman, Mədəniyyət və Təhsil İdarələri arasında bərabər və qarışıqlı əməkdaşlığı nəzərdə tutan 5 maddədən ibarət Niyyət Protokolu imzalanıb.
Tədbirin rəsmi hissəsindən sonra təltifetmə mərasimi həyata keçirilib. Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının daxil olduğu Mil-Muğan regionunun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm və mədəniyyət sahələrində fərqlənən gənclər Fəxri Fərman və “İlğım” şirkətinin hədiyyələri ilə təltif olunublar.
Tədbirin bədii hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi proqramda tədbirin fəxri qonağı yazar Şəhriyar del Geraninin ifasında səsləndirilən şeirlər böyük maraqla qarşılanıb. Daha sonra region üzrə musiqiçilər Məhəbbət Səfərov, Sənani Səfərli, Həsən Həsənov və Mərhəmət Ağalarova rəngarəng ifalar səsləndiriblər, Əhmədabad kənd Mədəniyyət evinin “Axıska Halay Türk” folklar kollektivi müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
Müsbət təəssüratlarla başa çatan tədbirdə xatirə fotoşəkilləri çəkilib.