29.01.2024
27 yanvar 2024-cü il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Gimnastika Federasiyasının bədii gimnastika dərnəyinin ilk məşq günü keçirilib.
Məşqdən öncə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Sabirabad rayonunda idmanın inkişafı üçün hər bir şərait yaradıldığını, bədii gimnastikaya regionda böyük maraq olduğunu qeyd etmişdir. Eyni zamanda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov çıxış edərək gimnastika dərnəyinə göstərilən marağa görə valideyinlərə öz minnətdarlığını bildirib, dərslərə qoşulan uşaqlara uğurlar diləyib. Tədbirdə çıxış edən valideyinlər yaradılan şəraitə görə təşkilatçılara öz təşəkkürünü bildirib.
Daha sonra məşq prosesinə start verilib. İlk məşq günündə 10-dan çox azyaşlı və yeniyetmə məşq prosesinə qoşulub.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəqs zalında olan dərslərə hər həftənin şənbə günü saat 11:00-da, bazar günü 14:00-da Azərbaycan Gimnastika Federasiyasının təcrübəli məşqçisi Reyhan Məmmədzadə tərəfindən təşkil olunacaq.