18.01.2018
18 yanvar 2018-ci il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycanın suverenliyi uğrunda həlak olanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri Sabirabad MKS-nin direktoru Eldar Urufov açaraq xalqımızın qan yaddaşına həkk olunmuş 20 Yanvar tarixini XX əsrin qəhrəmanlıq səhifəsi kimi yazılmasından danışdı və qeyd etdi ki, Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirlər. Sonra Sabirabad rayon MİHİ-nin sədri Telman Əzimov çıxış edərək 1990-cı ilin 20 yanvar faciəsinin səbəblərindən, Ümummilli Liderin yenidən Azərbaycana rəhbərliyinə qayıdışından, 1994-cü il 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsindən danışaraq qeyd etdi ki, hər il “20 Yanvar-Ümumxalq hüzn günü” elan edilməsi, vətən oğullarının xatirəsini qururla ziyarət etmək və onların qəhrəmanlıq səhifəsini nəsillərdən-nəsillərə ötürmək, təbliğ etmək hər birimizim borcudur.
Tədbir 20 yanvar şəhidlərinə həsr olunmuş kitab sərgisinə baxışla sona çatdı.