08.11.2023
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumrayon tədbiri keçirilib.
Sabirabad rayonunun mərkəzi meydanında təşkil olunan ümumrayon tədbirində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edib.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, YAP Sabirabad rayon Təşkilatının və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə rayonun mərkəzi meydanında Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil olundu.
Daha sonra tədbir iştirakçılarına Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında tarixi zəfərimizə həsr edilən rəngarəng musiqi proqramı nümayiş olunub.
Tədbirin sonunda iştirakçılar tərəfindən Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib