06.11.2023
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, mədəniyyət işçiləri, şahid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə təşkil olunan təqdimat mərasimində nümayiş olunan videoçarx tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, videoçarxda İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin Vətən müharibəsində iştirak edən əməkdaşları öz müharibə xatirələrindən danışıblar.
Sonda idarə rəisi Faiq Xudanlı çıxış edərək, videoçarxın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsi təbrik edib və öz minnətdarlığını bildirib.
“Qələbəni necə qazandın?” adlı videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://youtu.be/EiZBb__RDlo