25.11.2022
25 noyabr 2022-ci il tarixində Şirvan şəhər Mədəniyyət Mərkəzinin "Folklor" evində "Şirbalanın məhəbbəti " adlı musiqili komediya səhnələşdirilib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, İdarənin Şirvan şəhər üzrə nümayəndəsi Əziz Abbasov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Təqdimat böyük anşlaqla keçib və geniş auditoriya kütləsi tərəfindən maraqla qarşılanıb. Tamaşanın təqdimatından sonra İdarə rəisi Fərid Qurbanzadə gənc və həvəskar aktyor heyəti ilə görüşüb, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Tamaşada rol alan gənc və həvəskar aktyorlar Şirvan şəhər Mədəniyyət Mərkəzinin fəxri fərmanları ilə təltif olunub.