05.10.2022
05 oktyabr 2022-ci ildə Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir.
Ötən ildən etibarən ənənə halını alan görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, 5 oktyabr – Müəllimlər Günü münasibətilə müəllimləri təbrik etmiş, gələcək nəslin mədəni inkişafı yolunda göstərdikləri fədakar işlərində onlara uğurlar arzulamışdır.
Görüşdə çıxış edən müəllimlər, göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda müəllimlər 2021/2022-ci tədris ili üzrə şagirdlərinin musiqi sahəsi üzrə qəbul imtahanlarında uğur qazanması, həmçinin 5 oktyabr – Müəllimlər Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.