01.02.2018
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması ilə əlaqədar Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində ayrıca tədbirlər planı tərtib olunmuşdur. Tədbirlər planına əsasən yanvarın son günündə ilk tədbir keçirilmişdir. “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri: Məhəmməd Əmin Rəsulzadə” adlanan tədbirin iştirakçıları əvvəlcə “AXC – 100” adlı sərgi ilə tanış olmuşlar. Muzeyin kiçik elmi işçisi Reyhan Əliyeva sərgidəki eksponatlar barədə iştirakçılara məlumat vermişdir. Sonra muzeyin direktoru Gülşən Vəliyevanın mövzu ilə əlaqədar mühazirəsi dinlənilmişdir. Axırda M.Ə.Rəsulzadəyə həsr olunmuş videofilm nümayiş etdirilmişdir.