Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimi keçirilib.

18.02.2022

18 fevral 2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə jurnalist, PR menecer, uzun müddət müxtəlif dövlət qurumlarında mətbuat katibi kimi fəaliyyət göstərmiş Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, müəllifi təbrik edib, ona uğur və müvəffəqiyyətlər arzulayıblar.

Daha sonra kitabın müəllifi Səmayə Məmmədova çıxış edərək, kitabın yazılma prosesindən söhbət açmış, jurnalistika və piar sahəsində 22 illik təcrübəsindən maraqlı məqamları iştirakçılarla bölüşmüşdür.

Tədbir təqdimat mərasiminin iştirakçıları ilə müəllif arasında qarşılıqlı diskussiya şəklində davam etmişdir.

Qeyd edək ki, təqdimat mərasimində Sabirabad rayon ictimaiyyətində təmsil olunan gənclər, müxtəlif dövlət qurumlarının əməkdaşları, Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin bir qisim tələbələri iştirak etmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.