Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya yox deyək” adlı tədbir təşkil olundu

20.08.2021

20.08.2021-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı tədbir təşkil olundu. Tədbirdə Saatlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin, Saatlı rayon polis əməkdaşları, Saatlı Rəsm Qalereyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Ağayeva, Dini Qurumlar üzrə iş komitəsinin Saatlı rayon üzrə nümayəndəsi Elvin İbrahimov və Saatlı rayon deputatının köməkçisi Samir Nəsirov  iştirak etdilər. Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Bildirilib ki, insanların mənəvi-əxlaqi dəyərlərinin, sağlamlığının və rifahının qorunması məqsədilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Ümummilli Lider Heydər Əliyev tərəfindən ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Ulu Öndər siyasi kursunu bu gün uğurla davam etdirən Ölkə Prezidenti cənab İham Əliyev tərəfindən 22 iyul 2019-cu il tarixdə imzalanan sərəncam ilə  təsdiq edilən narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilərək bildirilib ki, zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Narkotik vasitələrin, prekursorların, psixotrop maddələrin və digər zərərli vərdişlərin cəmiyyət arasında geniş vüsat almasının qarşısının alınması istiqamətində qətiyyətli mübarizənin təmin edilməsi üçün elektron informasiya resurslarında zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadları və narkomaniyanın qurbanı olmuş şəxslərın acınacaqlı aqibəti ilə bağlı materiallara yer verilməsi,  profilaktik  və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, hüquq-mühafizə orqanları və digər dövlət hakimiyyət sturukturları tərəfindən tədris müəssələrində şagirdlər və tələbələr ilə davamlı görüşlər keçirərək onlarla maarifləndirici və mənəvi-əxlaqi söhbətlərin aparılmasının,vacibliyi müzakirə edilib.