17 iyul 2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin birgə təşkilatçılığı ilə dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə bayram sovqatları paylanılıb.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və MİHİ Sabirabad rayon Komitəsinin sədri Telman Əzimov Vətən müharibəsində şəhid olmuş Sabir İsmayılovun, həmin müharibədə yaralanmış Zahir Məmmədlinin ailələrinə baş çəkərək bayram təbriklərini bildiriblər.
Həmçinin, təqaüddə olan sabiq mədəniyyət işçisi Mərziyyə Quliyevanın da ailəsi ziyarət olunmuş, onlara bayram sovqatı verilmişdir.