Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xoşbəxt uşaqlıq” adlı uşaqların beynəlxalq rəsm müsabiqəsi keçirilmişdir.

03.06.2021

Türkmənistan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Türkmənistanın və xarici ölkələrin gənc incəsənət nümayəndələrinin iştirak etdiyi “Xoşbəxt uşaqlıq” adlı uşaqların beynəlxalq rəsm müsabiqəsi keçirilmişdir.

              2 yaş qrupu üzrə keçirilən və 15 fərqli dövlətdən 1700 müəllifin iştirak etdiyi müsabiqədə Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin "Gənc rəssam" dərnəyinin üzvü Cavadova Günel Rövşən qızı 12-16 yaş kateqoriyasında olan iştirakçılar arasında 1-ci yerə layiq görülmüşdür.

            Bu münasibətlə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə gənc rəssamla görüş keçirmiş, onu fəxri fərman və qiymətli hədiyyə ilə təltif etmişlər.