Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”28 May -Milli Qürür Gününüz” adlı tədbir keçirildi.

28.05.2021

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il keçir.

27 May 2021-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzində 28 May Respublika günü ilə əlaqədar

"28 May -Milli Qürür Gününüz" adlı tədbir keçirildi.

Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan olundu. Tədbirin aparıcısı mərkəzdə fəaliyyət göstərən dərnəy üzvi İsmayılzadə Elnarə, mərkəzin rəqs dərnəyinin üzvləri: Rüstəmov Mədət, İsmayılov Həsən, İsmayılov Anar, müğənni Tural Heybətoğlu, məktəblilərin ifasında Azərbaycana, vətənimizə, ana yurdumuza həsr olunmuş şerlər səslənmişdir. 28 May Respublika günü ilə əlaqədar şəkillərdən hazırlanmış sərgiyə baxış keçirildi.

Bayramınız Mübarək!