Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında sərgi təşkil edilmişdir

18.05.2021

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyi tərəfindən Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında sərgi təşkil edilmişdir.

Sərgidə milli mənəvi dəyərlərimizi əks etdirən məişət, etnoqrafik, tətbiqi incəsənət, milli geyim nümunələri, toxuculuq alətləri, əkinçiliklə bağlı maketlər, muzeyin fəaliyyəti ilə əlqədar mətbuatda işıqlandırılan dair çap məhsulları nümayiş olunmuşdur.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarənin digər məsul vəzifəli şəxsləri sərgi ilə tanış olmuşlar.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şükufə Əsgərova Beynəlxalq Muzeylər Gününün yaranma tarixi, Tarix-diyarşünaslıq muzeyinin iş fəaliyyəti və sərgidə yer alan eksponatlar barədə məlumat vermişdir. Sərgidə nümayiş olunana eksponatlar sırasında səfər çaydanı, sərpuş, qarınlı samovar, milli geyim nümunələrindən yay arxalıqları maraq doğurmuşdur.

Daha sonra Sabirabad rayon M.Ə.Sabir adına orta məktəbin şagirdləri, Sabirabad ragional “ASAN xidmət” mərkəzinin könüllüləri, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları da sərgi ilə tanış olmuş, onların sərgilənən eksponatlarla bağlı sualları muzey əməkdaşları tərəfindən cavablandırılmışdır.