17.01.2018
17 yanvar 2018- ci il tarixdə Saatlı rayon Mərkəzi kitabxanasında 20 yanvar faciəsinin ildönümünə həsr edlmiş tədbir keçirilmişdir. Tədbiri MKS- nin direkroru Sakit Bağırov açmışdır. O bu hadisə barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Həqiqət Həziyeva çıxış edərək bu faciəni törədənlərə qarşı öz nifrətini bildirmiş və 20 yanvar hadisələrinin xalqımızın milli azadlıq hərəkatının dirçəlişində böyük təsiri olduğunu qeyd etdi. Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehdi Mehdizadə çıxış edib qeyd etdi ki, Bakı şəhərinə yeridilmiş faşist cəlladları uşağa qocaya rəhm etmədən xalqı qanına qəltan etmiş dinc əhaliyə divan tutmuş, çoxsaylı insanlar qətlə yetirilmişlər. Tədbirdə Tarix diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Nəzakət Abasova və digərləri çıxış etmişlər.