06.05.2021
Bu gün may ayının 5-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən GİKM-nin Sabirabad nümayəndəliyinin könüllülərinə ekskursiya saatı aparılmışdır. Gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyevin, Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın rayonumuza səfərləri haqqında geniş məlumat verildi. Qeyd olundu ki, Azərbaycanın Mədəniyyəti və İncəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Gənclər Mərkəzdə təşkil olunan sərgi ilə tanış oldular. Sonra Mərkəzin 3D kinozalında "Dahi Azərbaycanlı" sənədli filmi nümayiş olundu.