28.04.2021
Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami ili” ilə əlaqədar tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. 28 aprel 2021-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Nizami-880” mövzusunda onlayn tədbir keçirildi. Mədəniyyət Mərkəzinin metodisti Esmira Zeynalovanın təqdimatında olan tədbirdə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin həyat və yaradıcılığına nəzər salınmışdır.Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə, Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov, Mədəniyyət Mərkəzinin metodisti İbad Cavadov, Əhmədabad kənd Folkor evinin direktoru Vaqif Dişadze, Nizamikənd kənd Mədəniyyət evinin direktoru Sevil Məmmədova, Şıxsalahlı kənd Sənətkarlıq evinin direktoru Səadət Süleymanova çixış edərək nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən bəhs etmiş, bu irsin çağdaş nəsillərin üzünə daha geniş açılmalı, bu bəşəri irs dünya miqyasında yayılmalı və təbliğ edilməlidir.Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin il boyu ölkəmizdə və dünyada silsilə tədbirlərlə qeyd olunması yeni nəsillərdə milli iftixar,azərbaycançılıq,vətənpərvərlik duyğuları aşılamaq,milli mənəvi özünü dərk prinsiplərini daha geniş təbliğ etmək üçün qarşımızda yeni prespektivlər açır.