Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın memarı” adlı Hacıqabul rayonunda müsabiqənin rayon mərhələsinə start verilmişdir.

27.04.2021

Sabirabad Regional Mədəniyyət İdarəsinin 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günü ilə əlaqədar “Azərbaycanın memarı” adlı regional yaradıcılıq müsabiqəsi haqqında əsasnaməsinə uyğun olaraq Hacıqabul rayonunda müsabiqənin rayon mərhələsinə start verilmişdir.

26 aprel 2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi, müsabiqənin rayon mərhələsinin təşkilatçısı Elnur Əmiraslanovun sədrliyi ilə yaradılmış komissiya üzvlərinin iştirakı ilə onlayn konfrans keçirilmişdir.

Konfransda komissiya üzvlərinin təklif və fikirləri dinlənilmiş və müsabiqənin rayon mərhələsinin keçirilməsinin özünün ayrı-ayrılıqda nominasiyalar üzrə mərhələləri müəyyən olunmuşdur.