12.11.2020
“Qarabaq Azərbaycandır”
12 noyabr 2020- ci il tarixdə Sabirabad RMİ- nin Saatlı rayon Mərkəzi Kitabxanasında “Qarabaq Azərbaycandır” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov açaraq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin uzun illər apardığı daxili və xarici siysət nəticəsində ölkəmiz ordu quruculuğu sahəsində çox böyük naliyyətlər qazanmışdır. Ölkəmizin dünya dövlətləri arasında artan böyük nüfuzu bu qələbənin təmin olunmasında mühüm rol oynamışdır.
27 oktyabrda erməni faşistlərinin hücumlarının qarşısın alan Azərbaycanın hərbi komananlığı əks hücuma keçib, onlara sarsıdıcı zərbələr vuraraq qısa müddət ərzində işğal altında olan əksər rayonlarımızı onlardan geri almış, düşmən qoşunlarına sarsıdıcı zərbələr vurmuşdur.
Kitabxana Sisteminin Xidmət şöbəsinin bölmə müdiri Rəsmiyyə Əliyeva çıxış eərək bildirdi ki, uzun illərdir ki, Qarabağ münaqişəsi bir çox dövlətlərin ikili yanaşması nəticəsində həll olunmaz bir məsələyə çevrilmiş, ərazilərimizin 20 faizi işğal altında olmuş təbii ehtiyyatlarımız ermənilər tərəfindən talanmışdır. Ali baş komandanımız, Cənab prezident İlham Əliyev dəfələrlə bu münaqişəyə son qoymaq üçün diplomatik yollar axtarmışdır. lakin O, qeyd etmişdir ki, əgər diplomatik səylər nəticə verməsə biz işğal olunmuş torpaqlarımızı hərbi yolla azad edəcəyik. O ölkə rəhbərliyinin bu müharibədə prinsipial, qətiyyətli mövqeyinin də bu qələbədə boyük rolunun olmasını qeyd etdi.
Mərkəzi Kitabxananın Uşaq şöbəsinin işçisi Ramidə Qasımova , MKS- nin direktor müavini Həqiqət Həziyeva, Oxu zalının müdiri Qətibə Fərəcova, kitabxananın əməkdaşı Fuad Əliye və digərlər çıxış edərək torpaqlarımızın azad edilməsi qəhrəman hərbiçilərimizin qəhrəmanlığ, xalqımızın bir nöqtədə birləşməsi ətrafında ətraflı çıxışlar etdilər
Tədbir iştirakçıları tədbirin sonunda Kitabxananın əməkdaşlarının hazırladıqları “Qarabaq Azərbaycandır”adlı sərgiyə baxmışlar.