28.01.2020
25 Yanvar 2020-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələri işçilərinin seminar müşavirəsi keçirildi. Seminarda Mədəniyyət Mərkəzi və filiallarının rəhbərləri iştirak etdilər. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci ili “Könüllülər” ilinin elan edilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlər və layihələr barədə məlumat verdi, mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyyələr diqqətə çatdırıldı.Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov çıxışında Mədəniyyət Nazirliyinin,ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq, 2020-ci ildə rayonumuzda keçirilən tədbirlər,mədəniyyətimizi təbliği istiqamətində görülən işlər,həyata keçirilən layihələr barədə məlumat verdi. Sonra Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin müdiri İsmayılova Səbinə İldırım qızı Sabirabad rayon Mədəniyyət Mərkəzinin Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzində qısa müddət ərzində müxtəlif dərnək və kursların yaradılmasına nail olaraq klubun fəaliyyətini günün tələbləri səviyyəsində qurduğuna və 2019-cu ildə uğurlu fəaliyyəti nəzərə alınaraq Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olundu. Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi adından Səbinə xanımı təbrik edir,gələcək fəaliyyətində uğurlar arzu edirik. Seminar- müşavirə işgüzar və maraqlı müzakirələrlə başa çatdı.