24.01.2020
24 yanvar 2020-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsində rəis Əhməd Ramazanovun, məsləhətçi Ağalar Ağammədovun və idarənin xidməti əhatəsindəki Tarix-diyarşünaslıq muzeylərinin direktor və baş fond mühafizilərinin iştirakı ilə iclas keçirilmişdir. İclası giriş sözü ilə açan Əhməd Ramazanov muzeylərin tarixi yaddaşımızın qorunmasında, estetik zövqümüzün zənginləşməsində mühüm yer tutduğunu vurğulamış, muzeydə qorunub saxlanılan qiymətli eksponatların daha geniş ictimaiyyətə təbliğ olunmasının əhəmiyyətindən söz açmış, bu sahədə həyata keçirilməli olan tədbirlər barədə öz tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunan məsələ iclas iştirakçıları arasında müzakirə olunmuşdur. Bununla əlaqədar olaraq, həmin eksponatlar barədə məlumatların toplanmasını, ümumiləşdirilməsini, onların yüksək səviyyəli foto şəkillərinin hazırlanmasını və kataloq halına salınmasını nəzərdə tutan qərar qəbul olunmuşdur. Azərbaycan mədəniyyətinə mühüm töhfə olacaq bu işin həyata keçirilməsi üçün müvafiq komissiya yaradılmışdır.