Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabul rayon mədəniyyət müəssisələrinin növbəti seminar müşavirəsi keçirilmişdir.

28.12.2019

2019-ci ilin yekunlarına həsr olunmuş seminar müşavirəni Sabirabad Regional Mədəniyyət idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov açaraq, ilk öncə bütün mədəniyyət işçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik etmiş, il ərzində mədəniyyət müəssisələrinin həyata keçirdikləri tədbirlər haqqında söhbət açmış, eyni zamanda işdə olan nöqsanlar barəsində məlumat vermişdir. Əmiraslanov mədəniyyət işçilərinə növbəti il ərzində qarşıda duran vəzifələr və həyata keçiriləcək layihələrlə bağlı müəyyən tapşırıqlar vermişdir.Daha sonra rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Dövran Həsənov 2019-cu ilin yekunları ilə bağlı hesabat vermiş, kitabxana sahəsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq kitabxana sisteminin günün tələbləri səviyyəsində qurulması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açmışdır.Rayon Mədəniyyət Mərkəzinin direktoru Mehdiqulu Fərəcov da, öz növbəsində həmkarlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik etmiş, mədəniyyət müəssələrinin keçən dövr ərzində həyata keçirdikləri tədbirlər barəsində hesabat xarakterli məruzə ilə çıxış etmişdir.