Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon ərazisində kütləvi ağac əkmə aksiyası keçirildi.

06.12.2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dekabrın 6-da bir gündə ölkə üzrə 650 min ağac əkiləcək.Ağacların əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılması,bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılması,karbon qazının udulması,həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.Bununla əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisə kollektivlərinin iştirakı ilə rayon və kəndlərin müxtəlif ərazilərində keçirilən aksiyada ağac,gül kolları və digər ağaclar əkilib..Aksiya iştirakçıları ağac əkməklə yanaşı,ərazilərdə təmizlik-abadlıq işləri aparıb.