Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

09.11.2019

07 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Sabirabad rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Nizami Gəncəvi adına 5 saylı məktəbin müəllim və 4-cü sinif şagirdləri iştirak edirdilər. Mərkəzin əməkdaşı Mehdiyeva Səlmi çıxış edərək qeyd etdiki: “ 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrn 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər  Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabr 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.2009-cu il noyabrn 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin sərəncama əsasən, noyabrn 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. Dövlətimizin atributu sayılan üçrəngli Dövlət Bayrağımız haqqında geniş məlumat verildi.  Qeyd olundu ki: “Hər hansı bir dövlət üç atributu ilə tanınır. Bu atributlar bunlardır: bayraq, himn və gerb. Azərbaycan Respublikasın da dövlət atributlarından, dövlət rəmzlərindən biri onun Milli Bayrağı- Dövlət Bayrağıdır. Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir”. Məktəblilərə ekskursiya saatı aparıldı onlar Mərkəzlə tanış olub, Ulu Öndər Heydər Əliyevin büstü qarşısında məktəblilər tərəfindən Dövlət Himni oxundu, “Vətən”, “Azərbaycan Bayrağı”, “Heydər Əliyev” haqqında şeirlər söylədilər. Sonda Mərkəzin 3D kinozalında Dövlət Bayrağına həsr olunmuş film nümayiş olundu.